
02.02.2026
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət məktəblərində təhsil alan və Uşaq İncəsənət Festivalının qalibi olmuş uşaqların iştirakı ilə konsert proqramı keçirilib.
Konsert proqramında festival çərçivəsində fərqlənmiş şagirdlər çıxış edərək tamaşaçılara maraqlı və rəngarəng ifalar təqdim ediblər.
Tədbirin sonunda Uşaq İncəsənət Festivalının qaliblərinə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov tərəfindən təşəkkürnamələr təqdim olunub. Rəhbərlik gənc istedadlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.