Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib

17.10.2025

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib

16 oktyabr 2025-ci il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının və Gəncə Gənclər Evinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru, Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları, Gəncə Maarif Evi İctimai Birliyinin təsisçisi, ali təhsil və orta ixtisas təhsil müəssisəsinin tələbələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar “Ümumilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti - 100”, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkil etdiyi “Milli mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı və Gəncə şəhər Uşaq və İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Daha sonra bədii hissədə sağlamlıq imkanları məhdud olan yeniyetmələrin ifasında “Günəş” rəqs qrupunun rəqsi izlənilib.

Rəsmi hissədə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir panel müzakirələri ilə davam etdirilib. Gəncə Gənclər Evinin əməkdaşının moderatorluğu ilə keçirilən paneldə tarix üzrə fəlsəfə doktoru, etnoqraf Nurlana Həmzəyeva, “CAVAD XAN” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Əməkdar jurnalist, ”Tomris” qadın cəmiyyətinin yaradıcısı, publisist Nüşabə Əsəd Məmmədli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi Xəlil İbrahimov, Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin baş məsləhətçisi Fidan Qaziyeva, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev və Gəncə şəhər Heydər Əliyev Mərkəzinini direktoru İlknur İsgəndərova iştirak ediblər.

Panel mütəxəssislərin fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mövzuya uyğun olaraq iştirakçı gənclər üçün intellektual viktorina təşkil olunub, qaliblərə “BookZone” Kitab Evi tərəfindən hədiyyələr təqdim olunub.

Forum tipli tədbirə 180 nəfərdən artıq iştirakçı qatılıb.

Sonda xatirə şəkili çəkdirilib.