Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsinin açılış tədbiri keçirilib

02.05.2024

Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə «Yaşıl dünya naminə həmrəylik ili» ilə əlaqədar «Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış» layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev,  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İnqitam Hüseynov, Kapital Bankın Gəncə filialının müdiri Vüqar Paşayev, Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, “1 Saylı Gəncə Regional Nəqliyyat” MMC-nin direktoru Müzadil Həsənov, Gəncə şəhər park, xiyaban istismar və mühafizə idarəsinin rəisi İlyas Məmmədov, KOBİA-nın Gəncə - Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev, müəssisə və təşkilat rəhbərləri,  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin direktoru İlknur İsgəndərova layihənin məqsədi haqqında məlumat verərək qeyd edib ki,  layihə çərçivəsində 2024-cü il ərzində ətraf mühit ilə bağlı filmlər nümayiş olunacaq, şagirdlər üçün ”yaşıl dünyanı tanıyaq”, “yaşıl dünya ilə tanış olaq” və s. mövzusunda dərslər keçiriləcək, ekoloji laboratoriyalar təşkil olunacaq. Uşaqların və gənclərin eko-mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər aparılacaq. Müxtəlif müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində ağacəkmə aksiyaları təşkil olunacaq.
Sərgidə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələlərdən biridir. Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalaması və görülən işlər bu uğurlu siyasətin bariz nümunəsidir. Sərəncamda da qeyd olunduğu kimi, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox önəmli beynəlxalq platformadır.
Daha sonra sərgidə nümayiş olunan ekologiya və ətraf mühit ilə bağlı posterlərə, kitablara, jurnallara, bülletenlərə, fotolara, rəsm əsərlərinə baxış keçirilib, fikir mübadiləsi aparılıb. Sərgidə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrının ifasında musiqilər səslənib.