Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncə şəhər Heydər Əliyev Mərkəzində ”Azərbaycan kinosu bir aləmdir” layihəsinə start verilib

23.04.2024


23 aprel 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin,  Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Könüllüləri İctimai Birliyinin və Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Azərbaycan kinosu bir aləmdir" layihəsinə start verilib. Layihə çərçivəsində təşkil olunan ilk nümayişdə gənclərə “Gün keçdi” bədii filmi təqdim olunub.
Qeyd olunub ki, “Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub. Yazıçı Anarın ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.  
Film gənclər tərəfindən böyük maraqla qarşılanıb.  Gəncə mədəniyyət könüllüləri layihədə könüllü olaraq fəaliyyət göstəriblər.