Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

08.05.2026

Mayın 6-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Daşkəsən rayon mədəniyyət müəssisələrinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı naminə həyata keçirdiyi mühüm xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz suverenlik və ərazi bütövlüyünün tam təmin olunduğu yeni inkişaf mərhələsində inamla irəliləyir.

Tədbirin bədii hissəsində Daşkəsən şəhər uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət ansamblın ifasında musiqi nömrələri təqdim olunub, Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, milli rəqs nümunələri nümayiş etdirilib. Şagirdlərin səmimi və təsirli çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb