
07.05.2026
Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl Rayon Mədəniyyət Mərkəzi və Göygöl Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara Xidmət şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə geniş konsert proqramı təşkil olunub.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət və kitabxana işçiləri, təhsil sahəsinin nümayəndələri, idarə və müəssisələrin əməkdaşları, həmçinin rayon gəncləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın inkişafı, mədəniyyət və incəsənətinin beynəlxalq miqyasda tanıdılması sahəsində həyata keçirdiyi mühüm xidmətləri xüsusi vurğulayıblar.
Tədbir çərçivəsində nümayiş etdirilən videoçarxda Ulu Öndərin zəngin həyat yolu, xalqına sonsuz sevgisi, ölkəmizin mədəniyyətinə, incəsənətinə və milli irsinin qorunmasına göstərdiyi diqqət və qayğı geniş şəkildə əks olunub. Eyni zamanda tədbir məkanında kitab sərgisi və Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və müxtəlif musiqi nömrələri ilə davam edib. Müğənnilərin ifasında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar tədbirə xüsusi rəng qatıb.
Yüksək səviyyədə təşkil olunan tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, Heydər Əliyevin əziz xatirəsinə ehtiram nümunəsi kimi yadda qalıb.