Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi keçirilib

02.10.2025

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Fotoqrafları Birliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Filarmoniyanın Urban Mərkəzində “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi təşkil olunub.

Tədbirdə dövlət qurumlarının, elm və mədəniyyət müəssisələrinin nümayəndələri, incəsənət xadimləri və ictimaiyyət iştirak edib. Sərgidə şəhərin tarixi simasını əks etdirən fotolar, abadlıq işlərindən sonra dəyişən Gəncə görüntüləri, həmçinin Azərbaycanın ilk fotoqraflarından biri olan Məşədi Abbasəli Abbasovun XIX əsrə aid əsərləri təqdim olunub.

Çıxışlarda vurğulanıb ki, sərgi Gəncənin keçmişi ilə bu gününü foto sənəti vasitəsilə birləşdirir, şəhərin zəngin irsini gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Tədbir çərçivəsində, həmçinin “Visit Gəncə” layihəsinə start verilib. Layihə şəhərin turizm potensialını artırmağa, yeni marşrut və nəşrlərlə Gəncəni daha cəlbedici məkana çevirməyə xidmət edəcək.