Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncədə Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunub

22.04.2024

GÖRKƏMLİ BƏSTƏKAR SÜLEYMAN ƏLƏSGƏROVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ "XALQIN MƏDƏNİ SƏRVƏTİ" LAYİHƏSİNİN TƏNTƏNƏLİ BAĞLANIŞ MƏRASİMİ GƏNCƏDƏ BAŞ TUTDU

Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi baş tutdu.
Tədbirdən öncə bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirildi.
Bağlanışda  Bədii rəhbər və baş dirijor  Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova, Bayram Üzeyirovun ifalarında  “Küsmərəm” , “Vağzalı çalınır”,  “Sərvi Xuramanım”, “İlk xatirələr”, “Bilsəm sən gəlirsən”, “Daimi hərəkət”, “Gözlə məni”, “Bilsin yar”, “Neylərəm”, “Eşq olsun sənətkara”,  “Ulduzumsan” həmçinin orkestrin ifasında  "Azərbaycan rəqsi", “Xəyala dalarkən", “Şalaxo”, “Sözsüz mahnı” gurultulu alqışlarla qarşılandı.
Təntənəli bağlanışda dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak etdilər.