Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbi və Qarayeri Qəsəbə Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə ”Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

07.11.2025

06.11.2025-ci il tarixdə Gəncə -Daşkəsən Regional Mədəniyyət idarəsi Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbi və Qarayeri Qəsəbə Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Zəfərimizin 5-ci il dönümünə həsr olunmuş, "Qarabağ Azərbaycandır" adlı tədbir keçirilib.

Tədbirdə Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin nümayəndələri, şəhid ailələri və qazilər , Samux rayon üzrə Həmkarlar təşkilatının nümayəndəsi, region üzrə musiqi məktəblərinin nümayəndələri iştirak etdilər.

Tədbirdə hər iki məktəbin kollektivi musiqi nömrələri ilə çıxış etdilər.