Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

15.01.2026

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, görkəmli dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxışlarda Cavad xanın Azərbaycan tarixindəki müstəsna rolu, Gəncənin müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik nümunəsi və dövlətçilik ənənələrimizin qorunmasındakı xidmətləri xüsusi vurğulanıb.

Qeyd olunub ki, Cavad xan xalqımızın azadlıq və mübarizə ruhunun simvoludur. Onun igidliyi və fədakarlığı bu gün də gənc nəslə örnəkdir. Tədbir çərçivəsində Cavad xanın həyat və fəaliyyətinə həsr olunmuş məruzələr dinlənilib, tarixi irsimizin qorunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.